Azərbaycan karateçisi Asiman Qurbanlı noyabrın 20-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında bürünc medala layiq görülüb.
84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız dünya üçüncüsü olub.
Bu gün Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) qızıl, kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq.