Bu gün, martın 29-da Maltada keçirilən Azərbaycan - Latviya yoldaşlıq oyunu qarşı tərəfin minimal qələbəsi ilə bitib.
Oyunun yeganə qolunu 86-cı dəqiqədə Vladislavs Qutkovskis vurub. Qeyd edək ki, qarşılaşmanın 30-cu dəqiqəsində Azərbaycan yığmasının oyunçusu Qara Qarayev, 90-cı dəqiqəsində isə latviyalı Kaspars Dubra qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə Latviya yığmasına məğlub olub.