Bu gün, martın 29-da futbol üzrə Azərbaycan yığması Latviya komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Qarşılaşma Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Oyunun baş hakimi maltalı Trustin Farruca Kann olacaq.
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də keçirilən son oyunda Maltaya 0:1 hesabı ilə məğlub olub.