Milli komandamızın oyunçusu Mahir Emreli Serbiya ilə qarşılaşmada iştirak etməyəcək. Bu haqda oktyabrın 12-də AFFA məlumat verib.
24 yaşlı hücumçunun koronavirus testi pozitiv çıxıb.
Futbol üzrə Azərbaycan millisi bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda Dünya Çempionatının seçmə mərhələsində Serbiya yığması ilə oynayacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu, 5-ci pillədə qərarlaşıb.
Xal durumu: Serbiya - 14 (6 oyuna), Azərbaycan - 1 (6 oyuna).