Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı “2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı” nominasiyası üzrə müsabiqədə finala çıxmışdır. Bu barədə 11 yanvar tarixində Mərkəzi Bank məlumat verib.
Müsabiqəyə bir sıra ölkələrin, o cümlədən İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi banklarının ötən il tədavülə buraxdığı pul nişanları cəlb edilib.
Qeyd edək ki, bundan əvvəl yeni 50 manatlıq pul nişanı 2021-ci ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda “ən təhlükəsiz mühafizə sisteminə malik banknot” nominasiyası üzrə qalib seçilmişdir.