Cari ilin ilk 11 ayında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi 13,3 milyard dollardan çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur. Bu barədə 21 dekabr tarixində dərc edilmiş Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.
Həmin dövrdə ixrac 74,8% artaraq 11,5 milyard dollara yaxın, idxal isə 16,9% azalaraq 1,924 milyard dollar təşkil edib. Aİ ölkələri arasında ən çox məhsul Almaniyadan idxal olunur, ixracda isə lider İtaliyadır.