Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov etimadnaməsini Kraliça II Elizabetə təqdim edib. Bu barədə 15 dekabr tarixində Azərbaycan səfirliyi məlumat yayıb.
Mərasim İngiltərə krallarının iqamətgahı olan Bukingem sarayında keçirilib.