2021-ci ilin 11 ayı ərzində Azərbaycan Gürcüstandan dəyəri 100 milyon dollardan çox olan məhsul idxal edib. Bu haqda dekabrın 20-də Gürcüstanın Milli Statistika İdarəsinə istinadən Report xəbər verib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 37,7% artıb.
Ölkəmiz qonşu dövlətin ixrac onluğunda 3,6% payla 8-ci yeri tutub.
Dövlət Statistika Komitəsinin son hesabatına əsasən, Azərbaycanın ixracının 3,2%-i Gürcüstanın payına düşür. Qeyri neft-qaz məhsulları üzrə isə bu göstərici 6,4% təşkil edir.