top
Azərbaycanın ilk balerinası Qəmər Almaszadə
10 mart 2022, 03:46
- ↺ +

Azərbaycanın ilk balerinası Qəmər Almaszadə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəmər Almaszadə 10 mart 1915-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb. Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxıb. Sonra Almaszadə Rusiyaya gedərək indiki Sankt-Peterburq xoreoqrafiya məktəbində oxuyub.

Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. Balerina 1940-cı ildə bəstəkar Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk peşəkar çıxışını edib, Gülyanaq rolunun ilk ifaçısı olub. “Qız qalası”nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri Almaszadə olub.

Mədəniyyət xadimi teatrda fransalı bəstəkar Adolf Adanın “Korsar”, rusiyalı bəstəkarlar Boris Asafyevin “Bağçasaray fəvvarəsi”, Aleksandr Qlazunovun “Raymonda”, Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, italiyalı bəstəkar Sezar Puninin “Esmeralda” kimi baletlərində əsas partiyaları ifa edib, Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb.

O, 1950-ci ildə səhnə fəaliyyətini başa vurduqdan sonra Opera və Balet teatrında baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib.

İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında rol oynayıb. O, Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olub.

Xalq artisti 7 aprel 2006-cı ildə Bakıda vəfat edib, Birinci Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
Bu gün, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
Bu gün, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
Bu gün, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
Bu gün, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Bütün Xəbərlər
Bu gün, 14:48

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Bütün Xəbərlər
Bu gün, 14:02

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb

Bütün Xəbərlər
Bu gün, 13:32

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı dezinformasiya yayıb

Bütün Xəbərlər
Bu gün, 13:27

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək

Bütün Xəbərlər
Bu gün, 12:27

Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Bütün Xəbərlər
Bu gün, 10:54

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Bütün Xəbərlər
Bu gün, 10:35

Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib

Bütün Xəbərlər
Bu gün, 10:32

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Bütün Xəbərlər
Bu gün, 10:12

"Həbsxanada öləcək": Tupak Şakurun qətlinin təşkilatçısına 30 ildən sonra hökm oxundu

Bütün Xəbərlər
Bu gün, 09:49

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Bütün Xəbərlər
Bu gün, 09:16

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Bütün Xəbərlər
Bu gün, 09:07

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:17

Fransada kiberhücum: Hakerlər soyuducuları sobaya çevirdilər

Bütün Xəbərlər
Dünən, 16:46

Mixeil Saakaşvili Azərbaycanda məktəblərdə hicab məsələsinə münasibət bildirib

Bütün Xəbərlər
Dünən, 15:52

Novruz bayramı günü müəllimə olan arvadını qətlə yetirən şəxs: "Bıçağı corabımdan çıxardım…"

Bütün Xəbərlər
Dünən, 15:40

Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib - VİDEO

Bütün Xəbərlər
Dünən, 14:20

YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb

Oxşar xəbərlər