Azərbaycanın ilk peyki olan “Azerspace-1” indiyədək investisiyaların 80%-ni çıxarıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin sədri Saməddin Əsədova istinadən 11 yanvar tarixində Report məlumat yayıb.
Sədrin sözlərinə görə, sözügedən peykə 230 milyon dollar investisiya yatırılıb. 17 il istifadə müddəti olan peykin qarşıdakı 9 il ərzində xidmətlərindən istifadə ediləcək.
Qeyd edək ki, indiyədək ölkəmiz tərəfindən 3 peyk orbitə buraxılıb. Bunlar “Azerspace-1” (2013), “Azersky” (2014) və “Azerspace-2” (2018) peykləridir. “Azerspace-1” peykinin gəlirlərinin 80%-i, “Azersky” peykinin gəlirlərinin isə 98%-i xidmətlərinin ixracından əldə olunur.