Dünən, oktyabrın 14-də Azərbaycanda “Kinderland” adlı ilk təhsil yönümlü əyləncə parkının açılışı olub. Bu barədə əyləncə mərkəzinin Instagram səhifəsində paylaşım edilib.
Ümumi sahəsi 5000 m² olan “Kinderland” Bakının kiçildilmiş versiyasıdır. Burada 4-14 yaş arası olan uşaqlar ücün 60-dan çox real həyat fəaliyyətləri təqdim olunub. Onlar özlərini həkim, yanğınsöndürən, alim, aktyor, səyahət agenti kimi sınayıb xüsusi valyutalar qazana bilərlər.
Sözügedən məkan “Dəniz Mall”da 5-ci mərtəbədə yerləşir. Əyləncə mərkəzi bazar ertəsi xaric, hər gün saat 12:00-dan 21:00-dək işləyir. Həftəiçi biletlərin qiyməti körpələr üçün 9, uşaqlar üçün 20, böyüklər üçün isə 8 manatdır. Şənbə-bazar qiymətlər müvafiq olaraq 11, 25 ,10 manat təşkil edir.
[gallery size="full" ids="10109,10110,10111,10112,10144,10145"]