Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa optik telekommunikasiya xidmətləri ilə təmin edilib. Bu barədə noyabrın 8-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilir ki, sözügedən şəhərdə ilk istehsalat müəssisəsi olan Çörək Zavodu artıq xidmətə qoşulub. Hazırda sakinlər və şəhərin qonaqları sürəti minimum 30 mb/s olan internetdən istifadə edə bilərlər.
Qeyd edək ki, bugün Şuşanın azad olunmasının ildönümüdür. Şuşanın bərpası cari ilin yanvarın 14-dən başlanmışdır və ilk növbədə ora yol çəkilmişdir. Şəhərin elektrik təsərrüfatı, su xətləri bərpa edilmiş, yarımstansiya tikilmişdir.