Azərbaycan 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub. Bu barədə Report Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutuna (SIPRI) istinadən martın 14-də məlumat verib.
Araşdırmaya əsasən, Azərbaycanın ən çox silah idxal etdiyi ölkələr arasında İsrail (61%), Rusiya (22%) və Belarus (6,6%) yer alıb.
Hesabatda deyilir ki, dünyanın əsas silah ixracatçıları ABŞ və Rusiyadır. Eyni zamanda, 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə dünyada silah ticarətinin ümumi həcmi 4,6% azalıb.