Azərbaycanın sənaye parklarında 2016-2021-ci illər ərzində 9,5 min iş yeri yaradılıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıya istinadən 20 dekabr tarixində Trend məlumat yayıb.
Sözügedən sənaye parkları 6 il ərzində 6 milyon dollardan çox investisiya cəlb edib. Mərkəz direktorunun sözlərinə görə, hazırda ölkədə qeyri-neft sahəsinin artım tempi 20%-dən çoxdur. Həmçinin kənd təsərrüfatının və sahibkarlığın dəstəklənməsinə dövlət büdcəsindən ayırmalar 2016-cı ilə nisbətən bir neçə dəfə artıb, 2020-ci ildən bu sahələrdə subsidiyaların ödənilməsinə başlanılıb.