İndiyədək sənaye zonalarında ümumilikdə 5,8 milyard manatlıq məhsul istehsal edilib. İstehsal olunan məhsulun 1,7 milyard manatlıq hissəsi ixrac edilib. Bu barədə 1 fevral tarixində İqtisadiyyat Nazirliyinin saytında məlumat verilib.
Təkcə 2021-ci ildə sənaye zonalarında 2,4 milyard manat dəyərində məhsul istehsal olunub. Bu 2020-ci illə müqayisədə 88% çoxdur. Ötən il sənaye zonaları üzrə ixracın həcmi isə 2020-ci illə müqayisədə 2,7 dəfə artıb.
Sənaye zonalarında istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi adı ilə dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.