Azərbaycanın keçmiş səfiri Tələt Əliyev axtarışa verilib. Bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib.
79 yaşlı diplomat Cinayət Məcəlləsinin “mənimsəmə və ya israf etmə” maddəsi üzrə təqsirləndirilir.
Tələt Əliyev Azərbaycanın Ukrayna, Belarus və Moldovada səfiri kimi işləyib.