Hindistanın Mumbay şəhərində keçirilən “OTM Mumbai 2022” beynəlxalq sərgisində Azərbaycan milli stendlə təmsil olunur. Bu barədə martın 14-də Dövlət Turizm Agentliyindən məlumat verilib.
Martın 16-na kimi davam edəcək sərgidə ölkəmizin 10 turizm şirkəti iştirak edir. Ziyarətçilərə işğaldan azad olunan ərazilərin turizm imkanları, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir.
Həmçinin ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlərin və seminarların keçirilməsi nəzərdə tutulub.
Ümumilikdə “OTM Mumbai 2022” sərgisində 55 ölkədən 1100-ə yaxın şirkət, 30 mindən çox turizm üzrə mütəxəssisin iştirakı gözlənilir.