2021-ci ilin ilk 7 ayı ərizində Azərbaycan 175 ölkə ilə ticarət əməliyyatları həyata keçirib. Onlardan 111 ölkəyə məhsul ixrac, 162 ölkədən isə idxal olunub. Bu baradə məlumat 10 sentyabr tarixində Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.
Bu il ölkənin xarici ticarət dövriyyəsi 17 milyard dollardan çox təşkil edib. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 26% artıb.
Qeyd olunan dövrdə Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr sırasında İtaliya (38%), Türkiyə (13%) və İspaniya (4%) yer alıb.