2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 20,1 milyard dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 28% artıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 15 oktyabr tarixli hesabatında əks olunub.
Hesabata əsasən, ilin ilk 8 ayı ərzində 180 ölkə ilə ticarət əməliyyatları aparılıb. 111 ölkəyə məhsul ixrac olunub, 167-dən isə idxal olunub.
İxracın əsas hissəsi İtaliya, Türkiyəyə, Xorvatiya və Rusiyanın payına düşüb. İdxalda fərqlənən əsas ölkələr sırasında isə Rusiya, Türkiyə və Çin yer alıb.