2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 23,2 milyard dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 29,9% artıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 12 noyabr tarixli hesabatında əks olunub.
Hesabata əsasən, ilin ilk 9 ayı ərzində 182 ölkə ilə ticarət əməliyyatları aparılıb. 112 ölkəyə məhsul ixrac, 169-dan isə idxal olunub.
İxracın əsas hissəsi İtaliya, Türkiyəyə və Rusiyanın payına düşüb. İdxalda fərqlənən əsas ölkələr sırasında isə Rusiya, Türkiyə və Çin yer alıb.