“Azeri Light” markalı neftin bir barelinin qiyməti 8,91 dollar azalaraq 73,91 dollar təşkil edib. Bu haqda noyabrın 27-də İqtisadiyyat Nazirliyinin Telegram səhifəsində məlumat verilib.
Azərbaycan neftinin bir barelinin minimal qiyməti 2020-ci ilin aprelində 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olmuşdur.