Azərbaycan Ordusu üçün yeni tırtıllı və xizəkli texnika vasitələri alınıb. Bu barədə dekabrın 18-də Müdafiə Nazirliyi məlumat verib.
Məlumata əsasən, sözügedən texnika ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, habelə yüklərin fasiləsiz daşınması təmin edilir.
Müdafiə naziri Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı yeni texnikalara baxış keçirib. Nazir bu rayonlarda yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında da iştirak edib. Hərbi obyektlər istilik, işıq və su xətləri ilə təmin olunub, binalar isə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib.
[URIS id=17944]