Azərbaycan Ordusunun zabiti vəfat edib. Bu barədə yanvarın 29-da Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, mayor Araz İbrahimov koronavirus səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, yanvarın 27-də hərbi hissədə tağım komandiri İsmayıllı Eşqin ürək çatışmazlığından vəfat edib.