Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel regiondakı vəziyyəti və dekabrın 15-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə etmək üçün İlham Əliyev və Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb. Bu barədə noyabrın 19-da Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
"Liderlər Aİ-nin dəstəklədiyi firavan və sabit Cənubi Qafqaz üçün regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılaşıblar", - deyə Aİ-nin məlumatında qeyd olunub.
Telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri, həmçinin müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılaşıblar.