2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının 57%-dən çoxu Türkiyə və Rusiyaya ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin 18 oktyabr tarixində dərc etdiyi hesabatında deyilir.
İxrac etdiyi məhsulların 586 milyon dollardan çox hissəsi Rusiyaya, 455 milyon dollardan çox hissəsi isə Türkiyəyə ixrac olunub. Ölkəmizdən 174 milyon dollarlıq məhsul idxal edən İsveçrə bu siyahıda 3-cü yerdə dayanır.
2021-ci ilin ilk 9 ayında ölkəmiz ümumi 1,8 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41% çoxdur.