Oktyabrın 14-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri arasında atışma olub. Ehtimal edilir ki, hadisə nəticəsində ölən və xəsarət alanlar var. Bu haqda Müdafiə Nazirliyi məlumat verib.
Məlumata əsasən, qarşı tərəfin sərxoş silahlıları digər yoldaşları ilə dava edib, sonra isə onların olduqları yerdə partlayış baş verib.
Atışmaya Azərbaycan ordusunun heç bir aidiyyəti yoxdur.