Dünya çempionatı 2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İrlandiya futbol oyununun biletləri satışa çıxarılıb. Bu barədə AFFA sentyabrın 20-də məlumat yayıb.
Biletləri iTicket mobil tətbiqi və veb saytı, həmçinin “Gənclik Mall” və “28 Mall”da yerləşən bilet satış məntəqələrindən əldə etmək olar. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manat təşkil edir.
Pandemiya nəzərə alınaraq, oyuna stadionun azarkeş tutumunun 50%-i qədər tamaşaçı buraxılacaq.
Qarşılaşma oktyabrın 9-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.