Sabah, dekabrın 10-da Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının müavinləri Moskvada görüşəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş “3+3” formatında keçiriləcək regional əməkdaşlıq platformasının ilk iclası çərçivəsində baş tutacaq. Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin dekabrın 3-də Stokholmda baş tutacağı görüş qarşı tərəfin törətdiyi təxribat səbəbindən keçirilməyib.