Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük məsələlərinə dair oktyabrın 8-də üçtərəfli komitənin yaradılması haqqında protokol imzalanıb. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
"Birgə komitə üç ölkə arasında gömrük işi sahəsində əməkdaşlığı daha da gücləndirəcək", - deyə sədr söyləyib.