Gürcüstanın paytaxtı olan Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın “Eternity-2021” kompüter dəstəkli hərbi təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyi oktyabrın 4-də məlumat yayıb.
Təlim oktyabrın 8-dək davam edəcək.
Bundan əvvəl, 12-20 sentyabr tarixlərində Azərbaycan, Türkiyə və Pakıstanın xüsusi təyinatlılarının “Üç qardaş – 2021” təlimi keçirilib.