Sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş - 2021” təliminin bağlanış mərasimi keçirilib. Bu barədə sentyabrın 21-də Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin başa çatması münasibətilə Azərbaycan və Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin komandanları və Pakistanın Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi çıxış edib.
Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra “Bu gün bir yerdəyik, sabah da bir yerdə olacağıq!” adlı teatrlaşdırılmış mədəni proqram təqdim edilib.
“Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 12-də başlayıb.
[gallery size="large" ids="7559,7560,7562"]