Azərbaycan Texniki Universitetin 3 tələbəsində koronavirus aşkarlanıb. Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar 14 gün müddətinə distant təhsilə keçib. Bu barədə universitetin nümayəndəsi oktyabrın 18-də məlumat verib.
Daha öncə, sentyabrın 29-dan ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. 18 yaşı tamam olan tələbələrdən vaksin pasportu, immunitet pasportu və ya əks göstəriş sənədi tələb edilir.