Yaxın zamanlarda Azərbaycanla Fransa arasında minatəmizləməyə dair sənədin imzalanması planlaşdırılır. Bu barədə ANAMA sentyabrın 20-də xəbər yayıb.
Daha öncə, sentyabrın 8-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz Twitter səhifəsində Azərbaycanın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi üçün Fransanın 400 min avro ayırmaq niyyətində olduğunu bildirib.