Azərbaycan vətəndaşları bir sıra ölkələrə vizasız gedib-gəlmək hüququna malikdir. Bu haqda oktyabrın 12-də XİN məlumat verib.
İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən müddət:
Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya Federasiyası, Tacikistan, Ukrayna və Türkiyə - 90 gün
Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:
Serbiya, Şimali Makedoniya, Monteneqro, Bosniya və Herseqovina - 90 gün
Malayziya, Livan - 30 gün
İran- 15 gün
Honq-Konq - 14 gün