Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə əlavə 11 milyard kubmetr qaz tədarükü ilə bağlı yeni ticarət sazişi imzalayıb. Bu haqda 15 oktyabr tarixində Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.
Nazirin sözlərinə görə, müqavilə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci ildə istifadəyə verilib. Bu boru xətti ilə Türkiyəyə hər il Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağından 6,6 milyard kubmetr qaz tədarük edirdi. Qeyd edək ki, bundan öncəki razılaşma 2021-ci ilin aprelində başa çatmışdır.