Naxçıvanda Azərbaycan və Türkiyənin “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb. Bu barədə Naxcivantv sentyabrın 20-də məlumat yayıb. Təlim Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.
Təlimdə ənənəyə uyğun olaraq, iki ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib. Bayraq taqımları Araz çayı üzərindəki “Ümid” körpüsünə çatdıqdan sonra qonşu ölkələrin himnləri səsləndirilib.
Mərasimin davamı olaraq Türkiyənin hərbi qulluqçuları Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qarşılanıb.
Bundan əvvəl, sentyabrın 1-dən 17-dək qonşu ölkələr arasında Türkiyənin Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimi keçirilib.