Xarici İşlər Nazirliyi aprelin 10-da Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır. Bu haqda məlumat qurumun saytında yerləşdirilib.
Bildirilib ki, bununla Azərbaycan qonşu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.
“Bu məsələnin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edirik”, - deyə məlumatda vurğulanıb.