Azərbaycanın Xarici İşlər Nazirliyi matəm günü ilə əlaqədar Qazaxıstana başsağlığı verib. Bu haqda məlumat 10 yanvar tarixində qurumun Twitter səhifəsində paylaşılıb.
“10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”, - deyə tvitdə bildirilib.
Yanvarın 2-də Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb maye qazının ikiqat bahalaşmasıdır. Yanvarın 19-na kimi ölkədə fövqəladə vəziyyət elan edilib. Nəticədə Prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.
Bundan başqa, dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı müraciət edib. Belə ki, təşkilatın baş katibi Stanislav Zas bildirib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq.
10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əminamanlıq və rifah arzulayırıq.@MFA_KZ
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) January 10, 2022