Azərbaycanın futbol üzrə milli komandası 1158 xalla dünyada 117-ci yerdə qərarlaşıb. Yığma ötən ayla müqayisədə 5 pillə geriləyib. Reytinq 16 sentyabr tarixində FİFA-nın rəsmi səhifəsində dərc olunub.
Keçirilmiş son oyunlar nəticəsində Azərbaycan millisi Lüksemburqa, Portuqaliyaya uduzaraq və İrlandiya ilə heç-heçə edərək 8 xal itirib.