Dünən, martın 25-də futbol üzrə Azərbaycan yığma komandası Malta ilə yoldaşlıq oyunu keçirib.
Qarşılaşma 0:1 hesabı ilə maltalıların qələbəsi ilə bitib. Maltanın Ta Qali şəhərindəki Milli Stadionda keçirilən oyunun yeganə qolunu 55-ci dəqiqədə Yurgen Deqabriele vurub. Oyunun baş hakimi maltalı Trustin Farruca Kann olacaq.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu martın 29-da eyni arenada Latviya komandasına qarşı keçirəcək.