Dünən, dekabrın 2-də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-cü iclası keçirilib. Bu barədə 2 dekabr tarixində Energetika Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Həmin iclasda çıxış edən energetika naziri Pərviz Şahbazov OPEC plus-un son iclasında gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barel artırılmasına dair qəbul edilmiş qərarla Azərbaycanın da razı olduğunu bildirib.
Beləliklə, 2022-ci ilin yanvarında Azərbaycan neft hasilatını daha 7 min barel artıraraq 661 min barelə çatdıracaq. İxtisarla bağlı öhdəlik isə 57 min barel təşkil edəcək.