Rusiyanın “Aurus” lüks avtomobillərinin ilk ixrac tədarükü Azərbaycana həyata keçirilib. Bu barədə dekabrın 21-də Report Rusiya sənaye və ticarət nazirinin sözlərinə istinadən xəbər yayıb.
Azərbaycanla yanaşı, avtomobillər Birləşmiş Ərəb Əmirliklərinə və Bəhreynə də göndərilib.
Rusiyanın ilk lüks avtomobil brendi olan “Aurus”un ixracatı daha çox Yaxın Şərq və Şimali Afrika ölkələrinə nəzərdə tutulub.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 2020-ci ilin iyun ayında Bakıda “Aurus Senat” görüntülənmişdir.