Azərbaycana idxal edilən Aİ - 92 oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Bu barədə 29 yanvar tarixində Baş nazir Əli Əsədov qərar imzalayııb.
Sənədə əsasən, sözügedən benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.
Həmçinin digər qərara əsasən, Aİ - 92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.
Qərar 2022-ci il 1 fevral tarixindən tətbiq olunacaq və iyunun 1-dək qüvvədə qalacaq.