Azərbaycana gətirilən avtomobillərlə bağlı Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur. Bu barədə 3 noyabr tarixində Report məlumat yayıb.
Məlumata əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 sm³ çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.
Bundan əlavə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.
Əlavə olaraq, iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir:
- mühərrikin həcmi 4000 sm³-dək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə - 15 manat (əvvəl 13 manat idi). Burada 4000 sm³-dək olduqda 5600 manat məbləği dəyişməz olaraq qalır;
- mühərrikin həcmi 5000 sm³-dək olduqda 20 600 manat + mühərrikin həcminin 4001-5000 sm³ hissəsi üçün hər sm³ görə - 40 manat (hazırda 18600 manat + hər sm³-ə görə 35 manatdır);
- mühərrikin həcmi 5000 sm³-dən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5000 sm³-dən çox hissəsi üçün hər sm³-ə görə - 80 manat ( hazırda bu məbləğ 53 600 manat + hər sm³-ə görə 70 manatdır).