Oktyabrın 22-də Bosniya və Herseqovinadan xüsusi təlim keçmiş iki minaaxtaran it Azərbaycana gətirilib.
ANAMA-dan bildirilib ki, Bak və Elma adlı itlər Azərbaycanda minatəmizləmə əməliyyatlarında istifadə olunacaq. Qeyd edək ki, avqustun 23-də ABŞ-dan 10 baş minaaxtaran it Azərbaycana çatdırılmışdır.