Azərbaycanda 2021-ci ilin yanvar-avqust aylarında dövlət dəstəyi çərçivəsində maliyyələşdirilən layihələrin reallaşdırılması nəticəsində 1 400-dən çox yeni iş yerinin açılması planlaşdırılır. Bu barədə 24 sentyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, cari ilin ilk səkkiz ayında 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib.
Güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. Kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.
Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1.400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.#İqtisadiyyat #EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 24, 2021