Bugün, dekabrın 14-də keçirilən Milli Məclisin iclasında 15 yaşına çatmamış şəxslərin fərdi identifikasiya vəsiqələrinin ləğv edilməsi barədə qərar qəbul edilib. Bu barədə Trend məlumat verib.
Fərdi identifikasiya vəsiqələrinin verilməsi 2022-ci ilin 1 yanvar tarixindən başlanılmalı idi. Bunun üçün müvafiq infrastrukturun yaradılmasına dövlət büdcəsindən 60 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Azərbaycanda 15 yaşına çatmamış şəxslərin şəxsiyyət vəsiqələrində və fərdi identifikasiya vəsiqələrində eyni məlumatların qeyd edilməsi səbəbindən yeni sənədə ehtiyac qalmayıb.
"15 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiyası haqqında" qanun 2013-cü ilin 17 dekabr tarixində qəbul edilmişdir. Qanunun qüvvəyə minmə müddəti bir neçə dəfə uzadılmışdır.