Azərbaycanda 150 min ev təsərrüfatı sürətli internetə imkan verən fiber-optik xətlərlə təmin olunub. Bu barədə 8 yanvar tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirilib ki, 2024-cü ilin sonuna qədər evlərin hamısı sürətli internetlə təmin olunacaq. 1 400 kilometr uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir.
Həmçinin qeyd olunub ki, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin 50%-də 4G mobil texnologiya şəbəkəsi qurulub.