Cari ilin ilk 2 ayı ərzində Azərbaycanda 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,6 milyon manat güzəştli kredit ayrılıb. Bu barədə 17 mart tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Məlumata əsasən, nəticədə 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. Güzəştli kreditlərin məbləği üzrə 36,1% kənd təsərrüfatı məhsullarının istehsalı, 15% sənaye məhsullarının istehsalı və emalı, 48,9% isə xidmət sahələrinin inkişafına yönəldilib. Məbləğ üzrə kreditlərin 0,3%-i Bakı şəhərinin, 99,7%-i digər regionlarının sahibkarlarına verilib.