Azərbaycanda həftəsonu toylara görə 17 nəfər cərimələnib, 299 nəfər isə şənliyə buraxılmayıb. Bu barədə dekabrın 27-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 25-26-da respublika ərazisində 1110 toy şənliyinin monitorinqi həyata keçirilib.
Karantin rejimi qaydalarını pozduqlarına görə 17 nəfər “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsinə əsasən cərimə olunub. 299 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.